Bank Of Baku

Azərbaycanda Avropalı Gənc Alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək

Azərbaycanda Avropalı Gənc Alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək
# 14 mart 2013 09:47 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Mayın 20-25-də Bakıda Avropalı Gənc Alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Gənc Alimlərin II Respublika Elm Festivalı”nın nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Forumda Avropa Gənc Alimlər Şurasına üzv olan 35 tam hüquqlu, 2 müşahidəçi ölkədən 200-ə qədər mütəxəssis iştirak edəcək.

 

İ. Orucov qeyd edib ki, “Gənc Alimlərin II Respublika Elm Festivalı” AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən keçirilən festivalda gənc alimlər tərəfindən 150-yə qədər məruzə təqdim olunub.

 

Tədbirdə festival iştirakçılarına sertifikatlar təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR