Bank Of Baku

Azərbaycanda buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin siyahısı açıqlanıb

Azərbaycanda buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin siyahısı açıqlanıb
# 10 iyun 2013 06:25 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil müəssisələrinin siyahısı komissiyanın internet saytında yerləşdirilib. Buraxılış imtahanlarından azad olunan 10 təhsil müəssisəsinə - Xəzər rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlar üçün), Nərimanov rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonu, 116 nömrəli korlar və zəif görən uşaqlar üçün orta məktəb, Səbail rayonu 87 nömrəli orta məktəb, Suraxanı rayonu Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi və Lənkəran şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi daxildir.

 

TQDK həmçinin, 2012/2013-cü tədris ilində buraxılış imtahanlarından fərdi qaydada azad olunan şagirdlərin siyahısını da açıqlayıb. Belə ki, iyunun 6-dək TQDK-ya  təqdim olunan məlumatlara əsasən, siyahıda 757 şagird buraxılış imtahanlarından azad edilib. Onların hər birinin adı, məktəbi, iş nömrəsi və digər məlumatlar komissiyanın internet saytında yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR