Bank Of Baku

Azərbaycanda deportasiya olunacaq əcnəbilər arasında dövlətə xüsusi hallarda yardım edənlərə güzəşt ediləcək

Azərbaycanda deportasiya olunacaq əcnəbilər arasında dövlətə xüsusi hallarda yardım edənlərə güzəşt ediləcək
# 10 iyun 2013 12:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan miqrasiya qanunlarını pozan əcnəbilər arasında zərər çəkənlərə və dövlətə xüsusi hallarda yardım edənlərə yeni xüsusi güzəşt və imtiyazlar verir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunacaq.

 

Əlavələrə əsasən qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alveri qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək.

 

Bundan başqa, insan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə həmin cinayət təqibi başa çatanadək Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmayacaq.

 

Layihə Milli Məclisin xüsusi sessiyasının iyunun 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR