Bank Of Baku

Azərbaycanda dəri xərçənginin daha çox rast gəlindiyi bölgələrin adları açıqlanıb

Azərbaycanda dəri xərçənginin daha çox rast gəlindiyi bölgələrin adları açıqlanıb
# 03 iyul 2013 09:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Milli Onkologiya Mərkəzinin Poliklinika şöbəsinin həkimi Elçin Mansurov məlumat verib. O bildirib ki, xəstəliyin yayılmasına səbəb insanların özlərini günəşin zərərli təsirindən qorumaması, özünüqoruma vasitələrindən istifadə etməməsidir. E.Mansurovun sözlərinə görə, mütəmadi olaraq günəş şüasının zərərli təsirinə məruz qalan insanlarda bədənin açıq nahiyələrində-üz, alın, baş dərisi, boyun, əllərdə dəri xərçəngi xəstəliyi yaranır”.


Həkim dəri xərçəngindən qorunmaq üçün çimərliklərə gedən vətəndaşlara məsləhət də verib: “İnsanlara adətən dəniz kənarına gündüz saat 12-yə qədər, günün ikinci yarısı isə 17-dən sonra getmək məsləhət görülür. Təəssüf ki, bu saatlarda qaralmaq üçün qoruyucu vasitələrdən istifadə etmirlər, günəşin zərərli şüalarına məruz qalırlar. Bu isə gələcəkdə müəyyən fəsadların yaranmasına səbəb ola bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR