Bank Of Baku

Azərbaycanda donorluq edərək qan verənlərin sayı artıb

Azərbaycanda donorluq edərək qan verənlərin sayı artıb
# 13 iyun 2013 15:24 (UTC +04:00)

Bu rəqəmin də təxminən 54% Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının donorlarının payına düşür”.

 

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin 14 iyun-Ümumdünya Qan Donoru Günü ilə bağlı yaydığımı məlumatda qeyd olunun. Məlumatda bildirilir ki, donor sayının artması ilə əlaqədar, təbii olaraq tədarük edilən qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım etmək mümkün olub. Respublika üzrə 2011-ci ildə 28 ton 13 litr qan tədarük edilibsə, 2012-ci ildə bu rəqəm 7% artaraq 29 ton 964 litrə qədər yüksəlib. Həmçinin rayonlarda mərkəzi qan bankının bölmələrinin yaradılması regionlarda xəstələrin qanla təchizatı xeyli yaxşılaşdırıb və Bakıya qan köçürülməsi üçün gələn talassemiyalı xəstələrin sayının azalmasına gətirib çıxarıb.

 

İl ərzində idarə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil edilir. 2011-ci ildə 225, 2012-ci ildə isə 229 aksiya könüllü aksiya təşkil olunub. Bundan əlavə, 2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib. Qrafikə əsasən 12 fevral 2013-cü il tarixindən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib və bu günə kimi tədarük olunan qan ehtiyatının 30-40 faizini tibb işçilərindən könüllü aksiyalarda iştirakı sayəsində təşkil edilib. 14 iyun Beynəlxalq Qan Donorluğu Günü münasibəti ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasında könüllü qanvermə aksiyası həyata keçiriləcək.

 

Qeyd edək ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Qan xidmətinin təkmilləşdirilməsinə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır və bu sahədə xeyli işlər görülüb. Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri də donor qanına tələbatın ödənilməsinə yönəldilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR