Bank Of Baku

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi hazırlanıb - FOTO

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi hazırlanıb - <span style="color: red;">FOTO
# 04 aprel 2013 08:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, komissiyanın sədr müavini Vəfadar Misirov deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.1-ci bəndində dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması tapşırılıb. Məcəllənin hazırlanmasında məqsəd dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsidir. Məcəllənin ilkin layihəsi Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanıb.

 

V.Misirov deyib ki, Azərbaycanda dövlət qulluğu qanunvericiliyi 12 qanun, 50-yə yaxın fərman və Nazirlər Kabinetinin 8 qərarı ilə tənzimlənir. Bu qanunlardan istifadənin səmərəliliyini artırmaq və tətbiqini asanlaşdırmaq üçün Məcəllənin yaradılması vacibdir.

 

Komissiyanın sədr müavini həmçinin deyib ki, təmsil etdiyi qurum tərəfindən dövlət qulluğu qanunvericiliyinin təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər verilib. Son illərdə komissiyanın təklifi ilə dövlət qulluğuna test imtahanları balları aşağı salınıb, dövlət qulluğu təsnifatlarının sayı azaldılıb, dövlət orqanlarının kateqoriyalarının yerləri və sayı dəyişdirilib. V.Misirov təklif olunan yeniliklərin nədən ibarət olduğunu açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR