Bank Of Baku

Azərbaycanda elm festivalı keçiriləcək

Azərbaycanda elm festivalı keçiriləcək
# 18 aprel 2014 09:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin sentyabr ayında Azərbaycanda Cənubi Qafqazda ilk dəfə olaraq elm festivalı keçiriləcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib. O bildirib ki, elm festivalının keçirilməsində məqsəd yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılmasıdır.

 

A. Əlizadə elm festivalının keçirilməsinə Təhsil Nazirliyinin də dəstək olacağına inandığını söyləyib. AMEA prezidenti Azərbaycan alimlərinin I qurultayının keçirilmə vaxtını da açıqlayıb. O qeyd edib ki, bu ilin dekabr ayında Azərbaycan alimlərinin I qurultayı təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR