Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən gənc və istedadlı müəllimlərin məlumat bazası yaradılır.
APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, yaxın zamanlarda bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu məlumat bankının nəyi dəyişəcəyinə gəlincə, M.Mərdanov qeyd edib ki, Azərbaycanda nə qədər istedadlı gənc müəllimin olması, onların hansı ixtisaslar üzrə və harada yerləşmələri barədə nazirlikdə daimi məlumatlar olacaq: “Lazım olanda Azərbaycan təhsilinin xeyrinə onların gücündən istifadə ediləcək”.