Bakı. Ramil Məmmədli – APA. Havaların isti keçməsi ilə bağlı dondurma, çörək və süd məhsullarının istehsalına diqqət artırılıb.
APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövılət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.
O, hazırda ölkədə 350 çörək istehsalı müəssisəsinin olduğunu söyləyib. Onun sözlərinə görə, Bakı şəhərinin bütün rayonlarına müvafiq şöbələrinin əməkdaşları məsuldur. Həmin məsul şəxslər davamlı olaraq məruzə edir, bu məlumatlar Dövlət Komitəsinin sədri Ramiz Həsənova təqdim olunur. Dövlət Komitəsi bununla bağlı hökuməti də məlumatlandırır.