Bank Of Baku

Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib

Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib
# 15 aprel 2013 07:43 (UTC +04:00)

ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zavod şəraitində yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq (260 min ədədə yaxın) kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.

 

Qeyd edək ki, əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılıb.

 

Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.

 

Ümumiyyətlə, təbiətdə nərə balıqlarının sayının xeyli aşağı düşməsi ilə əlaqədar süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklər mövcuddur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir və alınmış nəticələr ölkədə əmtəə balıqçılığının (akvakulturanın)  inkişafına xüsusi təkan verəcək.

 

Bu balıqların əmtəə çəkisinə qədər böyüdülməsi və onlardan əmtəəlik qara kürü alınmasının biotexniki normativləri ETSN mütəxəssisləri tərəfindən işlənib hazırlanıb və artıq öz praktiki nəticələrini verməkdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR