Bank Of Baku

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlanıb
# 14 iyun 2013 12:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbulunun vaxtını açıqlayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbuluna avqust ayında başlanılması nəzərdə tutulur. Qəbul prosesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı məlumat veriləcək. Hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində 30343 nəfər təhsil alır ki, onlardan 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızdır. İlk peşə-ixtisas təhsili müəssisələrinə müraciət edənlər daha çox “Mühasibat işi”, “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti”, “Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət”   kimi ixtisaslara üstünlük verirlər. “Arıçılıq”, “İnteryer və eksteryerin bədii tərtibatı” və “Quyuların təmiri” isə ən az müraciət edilən ixtisaslardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR