Bank Of Baku

İyunun 7-də keçirilən imtahanda IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71 %-i “2” alıb

İyunun 7-də keçirilən imtahanda IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71 %-i “2” alıb
# 10 iyun 2013 14:24 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, buraxılış imtahanlarında IX siniflər üzrə şagirdlərinin 46.59 faizi ana dilindən, 40.86 faizi isə riyaziyyatdan “2”, 36.33 faizi ana dilindən, 38.23 faizi riyaziyyatdan “3”, 11.77 faizi ana dilindən, 12.69 faizi riyaziyyatdan “4”, 5.31 faizi ana dilindən, 8.22 faizi isə riyaziyyatdan “5” qiyməti alıblar. Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak edən XI sinif şagirdlərinin də nəticələri müxtəlif olub. Belə ki, orta məktəblərin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında onların Ana dili fənnindən 29.34 faizi “2”, 43.57 faizi “3”, 19.15 faizi “4”,  7.93 faizi isə “5” qiyməti alıb. “Riyaziyyat” fənnindən isə son sinfin məzunlarının 31.37 faizi “2”, 36.20 faizi “3”, 22.00 faizi “4”, 10.48 faizi isə “5” qiyməti alıb.

 

Qeyd edək ki, iyunun 7-də buraxılış imtahanları Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahanda 32121 nəfər IX sinif , 23835 nəfər isə XI sinif şagirdi iştirak edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR