Bank Of Baku

Azərbaycanda MBA proqramı üzrə sənəd qəbuluna başlanıb

Azərbaycanda MBA proqramı üzrə sənəd qəbuluna başlanıb
# 18 mart 2013 13:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Diplomatik Akademiyası və Maastricht School of Management-lə birgə MBA proqramına sənəd qəbuluna başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, biznesin İdarə edilməsi üzrə magistratura proqramı (Ekzekyutiv MBA) Azərbaycan Diplomatik Akademiyası və Niderlandda yerləşən Maastrixt Menecment Məktəbinin (MSM) birgə dərəcə proqramıdır. Bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub.


İki illik proqram modullarla tədris olunur. Hər modul 10 gündən ibarətdir və dərslər hər üç ayda bir dəfə Bakıda və Maastrixtdə keçirilir. Dərs qrafiki işləyərək biznes təhsili almağa imkan yaradır. Cəmi 7 moduldan ibarət proqramın 6 modulu əsas proqramı əhatə edir, son modul isə ixtisaslaşmadır. Ekzekyutiv MBA proqramında iki ixtisaslaşma təklif olunur: Enerji və Ətraf Mühit və Beynəlxalq Biznes. Proqramın sonunda məzunlar həm ADA-nın, həm də MSM-in beynəlxalq akkreditasiyaya malik diplomunu alacaqlar. Proqrama sənəd qəbulu 15 iyun 2013-cü ilə qədər aparılacaq.

Müraciət etmək üçün http://www.ada.edu.az/en-US/Pages/emba_graduate.aspx .

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR