Bank Of Baku

Azərbaycanda müəllim vəzifəsinə qəbul oluna bilməyən namizədlər üçün əlavə qəbul aparacaq

Azərbaycanda müəllim vəzifəsinə qəbul oluna bilməyən namizədlər üçün əlavə qəbul aparacaq
# 29 iyun 2013 12:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə görə, müəllim vəzifəsinə qəbul oluna bilməyən namizədlər üçün əlavə qəbul aparacaq.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, bütün ixtisaslar üzrə müsahibə mərhələsi başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər “Şəxsi səhifə”yə daxil olmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətdə boş qalan yerlər haqqında məlumatla tanış olub əlavə yerləşdirmədə iştirak edə bilərlər.

 

“Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat” a uyğun olaraq hər bir namizəd uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçə bilər. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçim edilməsi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin “Şəxsi səhifə”sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir.

 

Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə “uyğundur” və ya “uyğun deyil” qeydlər edilir, ümumi dünyagörüşü, peşə kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir.

 

Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların pedaqoji fəaliyyətə başlaması barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR