Bank Of Baku

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların sayı açıqlanıb

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların sayı açıqlanıb
# 19 iyun 2013 11:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə çıxışı zamanı deyib ki, hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%, qadın sahibkarların sayı isə 17% olub.

 

Onun sözlərinə görə, fəlsəfə elmləri namizədlərinin 50%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların 40%-i qadınlardır: “Milli Məclisdə qadınların təmsilçiliyi 16%-ə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və 27% olub. 35 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan əlavə, Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, Auditorlar Palatasının 3 sədr müavinindən 1-i, 1 dövlət komitəsinin sədri, 1 dövlət komissiyasının sədri, 3 nazir müavini, İnsan Hüquqları üzrə Müvəkkil, Naxçıvan MR Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR