Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 8% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 8% artıb
# 16 aprel 2013 07:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 397,1 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 428,2 manat, qeyri-neft sektorunda 369,8 manat, dövlət bölməsində 320,6 manat, özəl bölmədə 518,4 manat təşkil edib.

 

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

 

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 427,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 257,5 manat təşkil edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR