“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,9-dan 7,5-ə qədər artıb, boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 533 nəfər gələn və 129 nəfər ölkədən gedən qeydə alınıb.