Bank Of Baku

Azərbaycanda qaçqın və məcburi köçkünlərin 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır

Azərbaycanda qaçqın və məcburi köçkünlərin 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır
# 19 iyun 2013 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onlardan da 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə çıxışında deyib. O bildirib ki, bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemi durur. H. Hüseynovanın sözlərinə görə, həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi dövlətin əsas məqsədlərindəndir. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar və s. var. Komitə sədri qeyd edib ki, qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR