Bank Of Baku

Azərbaycanda qadının hamiləliyinin qarşısını almaq üçün ərin razılığı tələb oluna bilər

Azərbaycanda qadının hamiləliyinin qarşısını almaq üçün ərin razılığı tələb oluna bilər
# 10 yanvar 2013 10:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda nikahda olan qadının yalnız ərinin razılığı olduqda, hamiləliyin qarşısını almaq üçün cərrahi metoddan (tibbi sterilizasiya) könüllü istifadə edə bilməsi təklif olunur.

 

APA-nın məlumatına görə, bu, hazırda Milli Məclisdə hazırlanan “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsində nəzərdə tutulur.

 

Layihədə o da qeyd olunur ki, yalnız nikah yaşına çatan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər. Sənəddə bildirilir ki, tibbi sterilizasiya arzuolunmaz hamiləlikdən qorunma metodu kimi yalnız müalicə edən və ya tibbi müayinə aparan həkim tərəfindən pasiyentə hərtərəfli informasiya, zəruri tibbi-sosial məsləhətlər verildikdən və pasiyentin yazılı razılığından sonra həyata keçirilir. Sənəddə o da göstərilir ki, tibb müəssisəsi şəxsi tibbi sterilizasiyanın dönməzliyi haqqında yazılı şəkildə məlumatlandırmalıdır.

 

Qeyd edək ki, bu qanun layihəsi bir neçə dəfə Sosial siyasət komitəsində müzakirəyə çıxarılsa da, hələ də Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR