Bank Of Baku

Azərbaycanda qeydiyyatda olan əmək pensiyaçılarının 60,5%-i qadındır

Azərbaycanda qeydiyyatda olan əmək pensiyaçılarının 60,5%-i qadındır
# 19 iyun 2013 12:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 mln. 271, 5 min əmək pensiyaçısının 60,5%-i, yəni 769 min nəfəri qadındır.

 

APA-nın xəbərinə görə, bunu DSMF-nin sədri Səlim Müslümov Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

 

O bildirib ki, əmək pensiyaçısı olan qadınların 69%-i və ya 528 min nəfəri yaşa görə, 19%-i və 149 min nəfəri əlilliyə görə, 12%-i və ya 92 min nəfəri ailə başçısını itirdiyinə görə pensiyaçıdır. Onun sözlərinə görə, ümumi qadın pensiyaçıların tərkibində çoxuşaqlı ana kimi pensiya alan qadınların sayı isə 246 min nəfər təşkil edir.

 

S.Müslümov qeyd edib ki, ölkədə qeydiyyatda olan pensiyaçıların 26,8%-i, yəni 340,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır: “Onlardan 6,7%-i və ya 23,4 min nəfəri I qrup, 86%-i və ya 292 min nəfəri II qrup, 7,3%-i və ya 25,3 min nəfəri III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6%-i müharibə əlilləri, 95,6%-i ümumi səbəbdən əlillər, 0,8%-i isə dövlət qulluqçularıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR