Bank Of Baku

Azərbaycanda sabit hava şəraiti davam edəcək

Azərbaycanda sabit hava şəraiti davam edəcək
# 03 yanvar 2013 11:00 (UTC +04:00)

Bakı-APA. Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman  olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR