«APA-Economics»in məlumatına görə, «Sosial xidmət haqqında» qanuna əsasən, hazırlanmış bu qayda qanuna uyğun olaraq dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Qaydalara əsasən, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. Əgər sosial xidmətin həcmi zəmanət verilmiş həddi keçərsə, sosial xidmət qismən ödənişli şərtlərlə göstərilir.
Sosial xidmətin növü sosial xidmətin zəmanət verilmiş həcminə aid olmadığı halda, sosial xidmət tam ödənişli şərtlərlə göstərilir. Qaydalara əsasən, ödənişli sosial xidmət göstərilərkən çətin həyat şəraitində olan şəxsin maraqları, sağlamlıq vəziyyəti, çətin həyat şəraitində olmasının səbəbi, şəxs üçün müəyyən olunmuş reabilitasiya proqramının məzmunu, sosial xidmətlərə tələbatının qısamüddətli və ya uzunmüddətli olması nəzərə alınır. Qaydaya görə, ödənişli şərtlərlə sosial xidmət çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə xidmət göstəriləcək şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla digər orqan və təşkilatlarla da bağlanıla bilər.
Müqavilədə ödənişli şərtlərlə sosial xidmətə götürülən şəxslərə göstəriləcək xidmətlərin xarakteri və həcmi, xidmət göstəriləcəyi müddət, xidmətin ödənilməsi məbləği və qaydaları göstərilir. Ödənişli sosial xidmət göstərilməsi üçün zəruri olan avadanlıq və vasitələrin dəyəri, nəqliyyat xərcləri sosial xidmət haqqının məbləğinə daxil deyil və bütövlükdə sosial xidmət göstərilən şəxs tərəfindən ödənilir.
Qərara əsasən, sosial xidmətlərə həyətyanı sahənin nizama salınması, yemək hazırlanmasına kömək, mənzillərin yığışdırılması və təmizlənməsi, mağazadan zəruri ərzaq və digər malların alınması, yataq və geyim əşyalarının yuyulub-ütülənməsi, həkim müayinəsinə aparılıb-gətirilməsi və s. daxildir.
Qərara edilən əlavələrdə tam və qismən ödənişli sosial xidmət haqlarının məbləği təsdiqlənib.
Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli sosial xidmət haqları
|
Xidmətlər |
Xidmətin müddəti (dəqiqə) |
Xidmət haqqı (manat) |
|
Yemək hazırlanmasına kömək (o cümlədən, dietik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması |
60 |
1.00 |
|
Zəruri ərzaq, sənaye və məişət mallarının alınması |
30 |
0.45 |
|
Mənzillərin yığışdırılması və təmizlənməsi (hər 10 кв.m üçün ) |
- |
0.85 |
|
Yataq və geyim əşyalarının yuyulması və ütülənməsi |
60 |
1.00 |
|
Həkim müayinəsinə aparılıb-gətirilməsi |
- |
1.50 |
Dövlət sosial xidmət müəssisələri və evlərdə tam ödənişli sosial xidmət haqları
|
Xidmətlər |
Xidmətin müddəti (dəqiqə) |
Xidmət haqqı (manat) |
|
Şəxsin çimizdirilməsi, saçların daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olarsa) |
40 |
3.00 |
|
Şəxsin çimizdirilməsi, saçların daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olmadıqda) |
50 |
5.00 |
|
Həyətyanı sahənin nizama salınması (hər 50 кв.m üçün ) |
25 |
3.00 |
|
Paltarın xırda təmiri |
10 |
1.00 |
|
Yataq və geyim əşyalarının camaşırxanaya, kimyəvi təmizləməйя (camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparılıb-gətirilməsi |
40 |
2.00
|