Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda uşaqlar arasında müşahidə olunan xəstəliklər arasında tənəffüs sistemi xəstəlikləri birinci yerdə dayanır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, ölkədə aparılan tədbirlər xəstəliklərin sayını azaltmaqla uşaq ölümü səviyyəsini daha da azaltmağa yönəlib.
Qeyd edək ki, bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur. Bu gün səhiyyə işçilərinin peşə bayramı münasibətlə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə bir qrup tibb işçisi Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək əklil qoyublar. Onlar daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycanda tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan prezidentinin 4 iyun 2001-ci il sərəncamına əsasən hər il iyunun 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.