Bank Of Baku

Azərbaycanda vakant yerlərə müəllimlərin işə qəbulu üçün müsabiqə iyulun 1-dən başlayacaq

Azərbaycanda vakant yerlərə müəllimlərin işə qəbulu üçün müsabiqə iyulun 1-dən başlayacaq
# 28 iyun 2013 12:50 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iyulun 1-dən 15-dək "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla elektron ərizələrin qəbulu aparılacaq.

 

"Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" iyulun 1-dək  "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində yerləşdiriləcək.

 

2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat qəzetin 6-15-ci səhifələrində dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR