Bank Of Baku

Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında idman mərc oyunlarının təbliği qadağan olunur

Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında idman mərc oyunlarının təbliği qadağan olunur
# 03 iyul 2013 09:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında idman mərc oyunlarının təbliği və onların bu oyunlara cəlb olunması qadağan olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.

 

Yeni qanunun 32-ci maddəsində bildirilir ki, idman mərc oyunlarının yayılması, təbliğ və reklamında yetkinlik yaşına çatmayanlara müraciət olunması qadağandır. Maddədə eyni zamanda o da göstərilir ki, bu cür oyunlarda, lotereyalarda iştirakın asan yolla qazanc, şəxsi uğur əldə etmək, cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması qadağan olunur. Bundan başqa, reklamlarda bu oyunlarda uduşa zəmanət verilməsi də yeni qanunla qadağan olunur.

 

Azərbaycan prezidentinin imzası ilə daxil olan qanun layihəsi artıq Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

 

Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR