Bakı. Könül Kamilqızı – APA. Bu il ərzində Azərbaycanın 57 şəhər və rayonunda işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə əmək yarmarkaları keçiriləcək. APA-nın xəbərinə görə, bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq, əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır.
Qeyd edək ki, ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında 7 082 nəfər özünə münasib iş yerləri ilə təmin olunub.