Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30
dərəcə isti təşkil edəcək.
İyunun 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 2-də hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
İyunun 3-də axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti təşkil edəcək.