Bank Of Baku

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
# 25 iyun 2013 10:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

 

Yaxın 2 gün ərzində respublikanın rayonlarında isti və əsasən yağmursuz hava şəraiti payızlıq dənli bitkilərin, meyvə və tərəvəzin məhsul yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.

 

Mərkəzi Aran rayonlarında isə əkinlərdə və bağlarda suvarmaların daha tez aparılmasına ehtiyac yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR