Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
«Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün yanvarın 14-də saat 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 16:00-dək Bakının Səbail və Qaradağ rayonlarının bir hissəsinə, saat 17:00-dək Yevlax rayonunun Kövər kəndinə və İsmayıllı şəhəri daxil olmaqla rayonun bir hissəsinə, 11:00-dan 17:00-dək isə Şamaxı və Bakının Xəzər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.