Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın səhiyyə sistemində yeni yaradılan “Vahid Qan Bankı” sistemi Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaq. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda Qan Bankının Sumqayıt şöbəsində bu sistem tətbiq edilib. Layihə çərçivəsində Mərkəzi Qan Bankının Gəncə, Şəki, Mingəçevir, Şirvan, Bərdə, Quba, Lənkəran bölgələri də sistemə qoşulacaq.
Qeyd edək ki, “Vahid Qan Bankı” sistemi donorların qeydiyyatının və onların qan analizinin alınması, müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün yaradılıb.