Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq.
Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.