APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, monitorinq imtahanlarına aprelin 20-dən sonra başlanacaq. Onun sözlərinə görə, monitorinq imtahanlarının V və XI siniflərdə keçirilməsi qərara alınıb. Monitorinqlər XI siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat” və “Fizika, V siniflərdə “Azərbaycan dili” və “Riyaziyyat”, rus bölməsində isə “Rus dili” və “Riyaziyyat” fənnindən keçiriləcək. Bu imtahanlar Bakı şəhərində aprelin 23, 24, 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də keçiriləcək. Monitorinq imtahanları respublika üzrə 29 bölgədə 595 məktəbdə təşkil ediləcək.