Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında deyib ki, iyunun 13-dən başlanan monitorinqlər bir neçə gün davam edib.
Onun sözlərinə görə, monitorinqlər şimal zonasının Xızı, Quba, Qusar və Şabran rayonlarını əhatə edib: “Monitorinqin nəticələrinə əsasən məlum olub ki, şimal zonasındakı sürüşmə zonalarında vəziyyət stabildir. Belə ki, həmin ərazilərdə hər hansı aktivləşmə qeydə alınmayıb”.
Qeyd edək ki, bundan öncə Böyük Qafqazın cənub-şərq yamacındakı, o cümlədən Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən, sürüşmə sahələrində ciddi aktivləşmə yoxdur, vəziyyət stabildir.