Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın ümumi təhsil müəssisələrində ixtisaslaşdırılmış ödəniş sisteminin deyil, diferensial ödəniş sisteminin tətbiq olunması nəzərdə tutulur.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov Bilik Günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbir zamanı da qeyd edib ki, müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsinin zəruri olduğu qeyd edilib.
Bu il ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin kifayət qədər yüksək olmadığını nəzərə alaraq, müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxılması nəzərdə tutulur.