Bank Of Baku

Bakı Ali Neft Məktəbi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Ali Neft Məktəbi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 22 aprel 2014 10:47 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbi (BANM) ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

BANM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımovla Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov arasında imzalanan  əməkdaşlıq müqaviləsinə əsasən, hər iki ali təhsil müəssisəsi fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlıq yaratmaq üçün onları dəstəkləyəcək və zəruri tədbirlər görəcək.

 

Xarici universitetlərlə bərabər yerli universitetlərlə də əməkdaşlığın vacibliyini qeyd edən E. Qasımov bildirib ki, Azərbaycanda ali təhsil sektorunun inkişafına təsir edəcək əsas amillərdən biri də universitetlərin bir-biri ilə əməkdaşlıq etməsi və əldə etdikləri bilik və təcrübələrin paylaşmalarından ibarətdir.

 

BANM-in qısa zaman çərçivəsində qazandığı uğurları yüksək qiymətləndirdiyini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirib ki, BANM-in təcrübələrində yararlanmaq olduqca əhəmiyyətlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR