Bakı. Rəşad Süleymanov – APA. Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub. Bu barədə APA dövlət başçısının rəsmi veb-saytına istinadən məlumat verib.
Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın «Dutch Wheels» şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Prezident İ.Əliyevə və xanımı M.Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib. Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Dövlət başçısı və xanımı yeni qurğu ilə yaxından tanış olublar.
Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin istifadəsinə veriləcək.
Bakı bulvarında attraksion-panoramın rəsmi açılışı olub - VİDEO
10 mart 2014 13:49 (UTC +04:00)
Sosial
Xocalıya növbəti köç karvanı yola salınıb - FOTO
05:41
29 may 2024
Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək
20:15
28 may 2024
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi tədricən azalıb
18:16
28 may 2024
Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir - FOTO
16:53
28 may 2024