Bank Of Baku

Bakı Dövlət Universitetində Gənc Alimlər Şurası yaradılıb

Bakı Dövlət Universitetində Gənc Alimlər Şurası yaradılıb
# 28 mart 2013 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Dövlət Universitetində Gənc Alimlər Şurası yaradılıb və BDU Elmi Şurasının qərarı ilə Şuranın Əsasnaməsi qəbul edilib.

 

BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir, onları respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir, AMEA-nın ayrı-ayrı institutları, respublikanın digər ali təhsil müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən Gənc Alimlər şuraları ilə əlaqə yaradır. 19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyevadır.

 

Qeyd edək ki, BDU-da 35 yaşınadək alimlik dərəcəsi almış 62 gənc alim çalışır, 400-dən çox gənc doktorant və 1500 magistrant elmi tədqiqat işi aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR