Bu gün daha 10 ailə yeni mənzillərinə köçürülüblər. Sakinlər yeni mənzilləri ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, məcburi köçkünlər yeni mənzillərinə ailələrin tərkibinə uyğun olaraq yerləşdirilib. İki nəfərdən ibarət olan ailələr üçün bir, 3-4 üzvü olanlara iki, 5 nəfər olanlara üç, 7-14 nəfərlik ailələrə isə 4 otaqlı mənzil verilib. Sakinlərin köçürülməsi üçün 15 avtomaşın ayrılıb.
Martın 13-dən etibarən artıq 80 ailə yeni mənzilinə köçüb. Qəsəbədə məktəb, tibb məntəqəsi, poçt və iaşə obyektləri də tikilərək, istifadəyə verilib. Ümumilikdə, BDU-nun yataqxanalarında məskunlaşmış 733 ailənin 2 736 üzvü Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 1 410 ailəlik yeni məhəllənin sakini olacaqlar.