Bank Of Baku

Bakı Metropoliteni: Stansiyaların ərazisinin ayrı-ayrı şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilələrin müddəti uzadılmayacaq - VİDEO

Bakı Metropoliteni: Stansiyaların ərazisinin ayrı-ayrı şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilələrin müddəti uzadılmayacaq - <span style="color: red;">VİDEO
# 11 mart 2014 16:16 (UTC +04:00)

Bakı Metropoliteninin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

 

“Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

 

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR