Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti: Yeri dəyişdirilən binanın sakinləri öz evlərində qalacaqlar

Bakı Şəhər İcra Hakimiyyəti: Yeri dəyişdirilən binanın sakinləri öz evlərində qalacaqlar
# 19 aprel 2013 10:15 (UTC +04:00)

Bakı – APA. Bakı şəhəri Nəsimi rayonu ərazisində yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ və fəvvarələr kompleksinin tikintisi ilə əlaqədar Füzuli küçəsi, 39 ünvanda yerləşən tarixi binanın yerinin dəyişdirilməsi və həmin binada yaşayan sakinlərin müvəqqəti olaraq köçürülməsi qərara alınıb.

 

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binada yaşayan ailələrə hər kvadratmetrinə görə 1500 manat verilməklə öz mənzillərini satmağı təklif edib.

 

BŞİH-dən APA-ya verilən məlumata görə, ailələrin bir qismi təkliflə razılaşıb, bəzi ailələr isə köçmək istəmədiyini, yerdəyişmə başa çatdıqdan sonra öz mənzillərinə qayıtmaq arzusunda olduğunu bildirib. Həmin sakinlər öz niyyətləri ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət ediblər.

 

Azərbaycan prezidenti vətəndaşların müraciətini nəzərə alıb və yerdəyişmə başa çatdıqdan sonra onların öz mənzillərinə qayıtmasını təmin etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verib.

 

BŞİH prezident İlham Əliyevin tapşırığı haqqında binanın sakinlərini məlumatlandırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR