Bank Of Baku

Bakıda 2 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb - APA TV

Bakıda 2 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb - <span style="color: red;">APA TV
# 05 iyun 2013 13:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, Xətai rayonunda yerləşən 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin açılışı mayın 24-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirakı ilə həyata keçirilib. O bildirib ki, bu mərkəzin xidmətlərindən Xətai, Suraxanı və Nizami rayonlarının sakinləri yararlana biləcəklər: “Bu da 800 mindən artıq əhalinin əhatə edilməsi deməkdir. Hər 3 rayonun əhalisi mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən yararlana biləcək”.

 

İ. Kərimov qeyd edib ki, avqust ayına kimi Bakı şəhərinin Yasamal rayonunda 3 saylı “ASAN Xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onun sözlərinə görə, ilin sonuna kimi Gəncə şəhərində də “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Həmin mərkəz Gəncə ətrafı regionları əhatə edəcək.

 

Agentlik sədri vurğulayıb ki, bu il yanvarın 15-dən etibarən “Asan Xidmət” mərkəzlərində 120 min nəfərə yaxın vətəndaşa xidmət göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR