Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu dəfə 23-ü Yasamal, 9-u Nizami rayonu ərazisində daxil olmaqla ümumilikdə 32 əczaxanaya baxış keçirilib. Həmişə olduğu kimi, yenə də narahatlıq doğuran əsas məqam bütün apteklərdə yararsız preparatların aşkarlanmasıdır.
Yasamal rayonu ərazisində baxış keçirilən 23 aptekin hamısında analiz protokolu olmayan sertifikatsız dərmanlar aşkarlanıb. Nizami rayonunda isə hamısı lisenziyalı olan 9 aptekə baxış keçirilib. Nizami rayonu ərazisində isə reseptlə satılması vacib olan dərmanların reseptsiz satılması faktı üzə çıxıb. Bu rayon ərazisindəki iki aptekdən 50 qutu, digər 7 aptekdən isə 165 qutu sertifikatsız dərman üzə çıxıb.
Ümumilikdə isə, Bakının iki rayon üzrə 32 aptekdə 876 qutu sertifikatsız preparat aşkarlanıb. Onların 671 qutusu Yasamal, 205 qutusu isə Nizami rayonu ərazisindəki apteklərin payına düşür.