Bank Of Baku

Bakıda “Brilyantlarla tanışlıq” adlı seminar keçirilib - FOTOSESSİYA

Bakıda “Brilyantlarla tanışlıq” adlı seminar keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 14:19 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı - APA. Dünyaca məşhur brilyant istehsalçısı olan “De Beers” şirkətinin Bakıda brilyantlar üzrə mütəxəssis Devid Uatlinq tərəfindən aparılmış “Brilyantlarla tanışlıq” adlı seminar keçirilib.

 

APA-nın məlumatına görə, bu eksklüziv seminar “De Beers” brendinin Azərbaycanda 2013-cü ilin əvvəllərinə planlaşdırılan ilk mağazasının açılışından əvvəl bir müqəddimə olaraq təşkil olunub.

 

Özünü 120 ildən artıq dövrü əhatə edən misilsiz irsi ilə, dünyanın ən gözəl brilyantlarından zərgərlik məmulatının yaradılmasında “De Beers” brendi tayı-bərabər olmayan nadir şövqə və təcrübəyə malikdir. Bu seminarda qonaqlara “De Beers” brilyantlarının əbədi sirrini kəşf etmək, habelə brendin təqdim etdiyi nadir dizaynların son dərəcə gözəl məharəti, çox gözəl “Arpeggia” Yüksək Zərgərlik Sənəti Kolleksiyası ilə tanış olmaq imkanı verilib.

 

Seminarda çıxış edən Devid Uatlinq bildirib ki, seçim prosesində “De Beers” brendinin qəbul etmədiyi almazların sayı seçdiyi almazların sayından xeyli çoxdur, çünki bu cür almazlarda lazım olan daxili “Atəş”, “Həyat” və “Parıltı” yoxdur: “Ən mühüm amil almazın görünüşü, onun sizin gözlərinizə, beyninizə və ürəyinizə necə təsir bağışlamasıdır. “De Beers” şirkətində bir hər bir almazı nadir gözəlliyinə görə əl ilə seçirik”.

 

PNN Şirkətlər Qrupunun ortağı Nəsib Piriyev bildirib ki, dünya şöhrətli zərgərlik məmulatları evi olan “De Beers” ilə yeni qurulan əməkdaşlıq xüsusi qürur hissi verir. Dünyanın demək olar ki, bütün bölgələrində və ən populyar yerlərdə mağazası olan “De Beers” Brilyant Zərgərlik Məmulatları Mağazasının Azərbaycanın paytaxtında açılışı 2013-cü ilin fevral ayına planlaşdırılır.

 

Seminarda eləcə də dünyaca məşhur brendin zərgərlik əşyaları nümayişə çıxarılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR