Bank Of Baku

Bakıda “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
# 14 iyun 2013 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Heydər Əliyevin Azərbaycan gəncliyinin formalaşmasında göstərdiyi xidmətlərdən danışıb. Onun sözlərinə görə, H. Əliyevin gənclərin inkişafında misilsiz rolu olub: “Heydər Əliyevin sayəsində gənclər siyasəti Azərbaycan dövlətinin əsas pioritetlərindən birinə çevrilib”. 

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən olan foruma 30 ölkənin nümayəndəsi qatılıb. Onun sözlərinə görə, forumda gənclər arasında müxtəlif sahələri əhatə edən müzakirələr, fikir mübadiləsi aparılacaq: “Bu cür forumların keçirilməsi həm şəxsiyyətlərin gənc nəslin formalaşmasındakı rolunu artıracaq, həm də gənclərin dünyagörüşünün artmasına xidmət edəcək. Bu, gənclərin gələcəkdə ictimai-siyasi sahədə öz fəaliyyətlərini daha möhkəm qurmasına dəstək olacaq”.

 

Nazir müavini qeyd edib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü gənclər siyasətinin əsası qoyulub: “Heydər Əliyevin gənclərlə bağlı siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri həm ölkə daxili, həm də beynəlxalq layihələrdə uğurla iştirak edirlər”.

 

Sonra keçmiş SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavinin katibliyinin müavini vəzifəsində çalışmış Vladimir Sergeyeviç Uxov Heydər Əliyev haqqında xatirələrini danışıb.

 

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.  

 

Qeyd edək ki, müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı forum iyunun 16-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR