Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanda Fransız İnstitutu hər il olduğu kimi bu il də Bakıda fransız dili bayramını qeyd edəcək. APA-nın məlumatına görə, Frankofoniya bayramının proqramına fransız dilini öyrənən və öyrədənlər üçün mükafatı Fransaya səyahət olan müsabiqələr daxildir. Azərbaycanda Fransız İnstitutu həmçinin bir sıra mədəni tədbirlər, xüsusən məşhur dilçi Klod Ajejin “Fransız dili beynəlxalq yönümlü dillər arasında” adlı konfransını təşkil edir. Bayram həftəsi martın 30-da fransız dilində imla müsabiqəsi ilə başa çatacaq. Bu imla müsabiqəsindən sonra iştirakçılar fransızdilli ölkələrin mətbəxi ilə tanış ola biləcəklər.