Bank Of Baku

Bakıdakı yarmarkalarda qiymətlər bazardakından 30-40% aşağı olacaq

Bakıdakı yarmarkalarda qiymətlər bazardakından 30-40% aşağı olacaq
# 14 dekabr 2012 11:21 (UTC +04:00)

 

Bakı – APA-Economics. Dekabrın 15-16-da Bakının yeddi rayonunda, 11 ünvanda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı olacaq. Mövsümlə bağlı yarmarkalarda sitrus və qərzəkli meyvələr daha çox üstünlük təşkil edəcək.

 

«Yarmarkada almanın 1 kq-nın qiyməti 30-50 qəpik,  kartofun 30-40 qəpik, soğanın 20-25 qəpik, lobyanın 70-80 qəpik, narın 60 qəpik-1 manik, toyuq ətinin 2,80 manat, mal ətinin 5 manat, qoyun ətinin 5,50-6 manat və s. təşkil edəcək», - deyə Nazirliyin məlumatında bildirilir. 

 

Məlumatda deyilir ki, yarmarkalar keçirilməmişdən öncə Bakı şəhərinin mərkəzi bazarlarında monitorinqlər keçirilir və bunun əsasında istehsalçılarla qarşılıqlı razılaşma yolu ilə qiymətlər tənzimlənir. Bu həftə yarmarkalara 450-500 ton məhsul çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR