Bank Of Baku

Bakının mərkəzində xidmət aparan polis işçiləri üçün seminar keçirilib

Bakının mərkəzində xidmət aparan polis işçiləri üçün  seminar keçirilib
# 11 dekabr 2013 15:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Paytaxtın mərkəzində xidmət aparan polis işçiləri üçün  seminar keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  dekabrın 10-da Çevik Polis Alayında paytaxtın mərkəzində və İçərişəhərdə xidmət aparan sahə inspektorlarının və gənc polis əməkdaşlarının iştirakı ilə Bakının arxitekturasına və tarixinə həsr olunmuş seminar-məşğələ keçirilib.

 

DİN Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz İsaxanov bildirib ki, bu tədbir nazirlik rəhbərliyinin təşəbbüsü ilə baş tutub. Məqsəd paytaxtımızın tarixi abidələrlə zəngin olan rayonlarında xidmət aparan bayır xidmətinin gənc əməkdaşlarını daha ətraflı məlumatlandırmaqdır.

Qeyd olunub ki, Azərbaycanın Avropaya inteqrasiyası, iqtisadi baxımdan daha yüksək templə inkişafı təkcə Bakıda deyil, regionlarda da turistlərin sayının artması ilə müşahidə olunur. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan yaşamaq, gəzmək və istirahət etmək üçün əlverişli və sabit bir məkandır. Ona görə də polis əməkdaşlarının xidmət etdikləri ərazilərdə tarixi abidələr barədə məlumatlı olmaları vacib şərtlərdən biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR