Bakı. Könül Kamilqızı – APA. Bayram günlərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına 1600-1700 müraciət daxil olub. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.
Baş həkimin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bayram günlərində ciddi problem və ya fəsadlaşma qeydə alınmayıb.
M. Həmidov qeyd edib ki, yanvar-fevral aylarında stansiyaya daxil olan çağırışların sayı 2500-ə çatsa da, bayram günlərində bu say 1600-1700-dən yuxarı qalxmayıb: “Stansiyaya daxil olan müraciətlərin növü isə müxtəlif olub. Belə ki, müraciətlərə nəqliyyat qəzaları nəticəsində xəsarət alanlar, məişət travmaları, mədə-bağırsaq xəstəlikləri, qan-damar xəstəlikləri, uşaqların temperaturunun artması və digər səbəblər daxildir”.