Bank Of Baku

Bayram günlərində Azərbaycanda yol qəzalarının sayı artıb - APA TV

Bayram günlərində Azərbaycanda yol qəzalarının sayı artıb - <span style="color: red;">APA TV
# 26 mart 2013 15:45 (UTC +04:00)

Avtomobili yüksək sürətlə idarə edən, yol hərəkət qaydalarının tələblərini pozan və sərxoş halda sükan arxasında əyləşən sürücülərin günahı ucbatından təkcə martın 19-dan 25-dək ölkəmizdə 79 yol qəzası qeydə alınıb. Nəticədə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb. Baş  Dövlət Yol Polisi idarəsindən APA TV-yə verilən məlumata görə,  ölümlə nəticələnən qəzaların böyük əksəriyyəti Bakı-Şamaxı yolunda baş verib ki, buna da avtomobillərin yüksək sürətlə idarə edilməsi səbəb olub.

 

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Martın 25-də Kürdəmir rayonunda baş vermiş ağır yol qəzasında isə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Qobustan rayonu ərazisində baş vermiş qəzada ər-arvad dünyasını dəyişib. Sabirabad rayonunda baş vermiş zəncirvarı qəzada 3 avtomobil toqquşub ki, bu da 2 nəfərin ölümü, 4 nəfərin  yaralanması ilə nəticələnib.

 

Göründüyü kimi, bəzi sürücülərin özünəməxsus əhvalla bayram keçirmək adəti, sərxoşluğu, və ya diqqətsizliyi bir sıra ailələrin bayramını yasa çevirib. Paytaxtda  da bayram günlərində yol qəzalarının artması nəzərə çarpıb. Bakıda piyadanı vurub qaçmış 120 saylı marşrutun sürücüsü Elvin Novruzov həbs olunub. Ümumilikdə  martın 16-dan 23-dək paytaxt ərazisində 30 yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru Elvin Məmmədlinin sözlərinə görə, paytaxtda baş verən yol qəzalarında 8 nəfər həlak olub, 39 nəfər yaralanıb: “Qəzaların baş vermə səbəbi avtomobillərin yüksək sürətlə idarə edilməsi, yol ayrıclarının keçilməsi, ötmə və manevr qaydalarının pozulmasıdır. Bakıda avtomobili içkili vəziyyətdə idarə etdiyi üçün 58 nəfər saxlanılıb".

 

Ötən ilin Bahar bayramında da yol qəzalarının statistikası ürəkaçan olmayıb. Bu il isə rəqəmlərdə  əsaslı artım var. Lakin təəssüf ki, bu rəqəmlər nə nümunəvi sürücülərimizin, nə profilaktik tədbirlərin, nə də bayram günlərində evindən şad-xürrəm çıxaraq, geri qayıdan piyadaların sayını əks etdirmir. Bu, ölənlərin və yaralananların sayının artması statistikasıdır.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR