Bank Of Baku

BDU-da “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib

BDU-da “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib
# 03 aprel 2013 12:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov Heydər Əliyevin gənclərə diqqət və qayğısından, onların problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.

 

Rektor bildirib ki, H. Əliyev gəncləri vətənpərvər olmağa səsləyib, onların milli ruhda tərbiyə olunmalarının əhəmiyyətini həmişə vurğulayıb. Bu siyasətin hazırda da uğurla davam etdiyini deyən A. Məhərrəmovun sözlərinə görə, prezident İlham Əliyevin də hər zaman gənclərə xüsusi münasibəti olub: “Elə bunun nəticəsidir ki, Azərbaycan gəncliyi sabaha böyük inamla baxır”.

 

Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov çıxış edib.

 

Rəsmi hissənin sonunda Azərbaycanın idman həyatında uğurlu nəticələr əldə etmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak edən bir qrup BDU tələbəsi Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub. Bir qrup tələbəyə isə xüsusi güzəştlər təmin edən “Tələbə kartları” verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR